Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 10:15
Məşhur model Cici Hadid 2022-ci ilin payız moda nümayişləri ərzində əldə etdiyi gəliri Ukrayna və Fələstinə bağışlayacağını açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, xəbər verir ki, bu barədə o, instaqram hesabında yazıb.
"2022-ci ilin payız moda nümayişlərindən qazandığım gəliri eyni səbəbdən əziyyət çəkən Ukrayna və Fələstinə bağışlayacağam. Gözlərimiz və qəlbimiz bütün insanlığın ədaləti üçün açıq olmalıdır. Siyasətdən, irqdən, dindən əvvəl bir-birimizi qardaş kimi görməliyik. Günün sonunda müharibənin əvəzini liderlər deyil, günahsız həyatlar ödəyir.
Əllərinizi Ukraynadan və Fələstindən çəkin. Sülh, sülh, sülh" - deyə, C.Hadid qeyd edib.