Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 13:10
"O üz" verilişinin növbəti buraxılışı Əməkdar artist Məhəbbət Kazımova həsr olunub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, proqramda sənətçinin qardaşı Qənimət Kazımov Azərbaycan xalqının mərhum müğənniyə olan sevgisindən danışıb:
"Hamımız azərbaycanlıyıq, heç bir rayonu ayırmaq olmaz. Amma laçınlılar elə bilirdilər ki, yerdə Məhəbbət, göydə Allahdır. Onu bütün Azərbaycan xalqı istəyirdi. Qəbiristanlığa getdim, məzarını qucaqlayıb dedim ki, ay qardaş, Laçın alınıb. Millət də yığışmışdı qəbiristanlığa. Laçına gedib-gələn nə qədər adam var idisə, hamısı torpaq gətirib tökürdü məzarına".
Qeyd edək ki, "Laçınım" mahnısı ilə daha da çox sevilən Məhəbbət Kazımov 2014-cü il, yanvarın 27-də uzun sürən xəstəlikdən sonra vəfat edib. O, Xırdalan qəbiristanlığında dəfn olunub.