Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fahişə dəstələri ukraynalı qadınları tələyə salır - Savaşdan qaçan qadınların çarəsizliyi…

Fahişə dəstələri ukraynalı qadınları tələyə salır - Savaşdan qaçan qadınların çarəsizliyi…

Tarix: 9 Mart 2022 11:20

Ukraynalı qadınlar fahişəlik edən dəstələrin tələsinə düşməyə başlayıblar. Cinayətkar dəstələr fahişəliklə məşğul olmaq üçün müharibədən qaçan ukraynalı qadınları hədəf alıb. 

Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, İngiltərə mətbuatına danışan ukraynalı qadın fahişəlik edən dəstələr tərəfindən pulsuz nəqliyyat vədi ilə aldadıldıqlarını bildirib.

Qeyri-insani fahişəlik şəbəkələri evlərini tərk etməli olan ukraynalı qaçqın qadınları hədəf almağa başlayıb. Onlar qadın və uşaqların acınacaqlı vəziyyətindən istifadə etmək niyyətindədirlər. Rusiya Ukrayna müharibəsi isə artıq 13 gündür ki, davam edir. 

27 yaşlı ukraynalı qadın fahişə dəstələri tərəfindən pulsuz daşınma vədi ilə aldadıldıqlarını bildirib. O, Polşaya getmək istəyən dostunun Varşavaya pulsuz aparacağı vədiylə bir adam tərəfindən aldadıldığını bildirib. Çarəsiz qalan qadın təklifi qəbul edib və Varşavaya çatanda isə onun borcunu ödəməsi tələb olunub. Bunun üçün isə ona fahişəlik etmək təklif edilib.   

Beynəlxalq CARE şirkətində insan alveri və cinsi zorakılıqla mübarizə ilə bağlı araşdırmalar aparan Lauren Agnev Britaniya mətbuatına açıqlamasında Ukraynadakı müharibənin insan alveri üçün çox pis nəticələri olacağını deyib:

"Avropadakı qaçqınlar artan istismar riski ilə üzləşirlər. Zaman keçdikcə qaçqınların insan alverçiləri tərəfindən fahişəliyə məcbur edildiyini mütləq görəcəyik. Bu dəstələr üçün müharibə qazanc əldə etmək deməkdir. Onlar qaçqınların zəifliyindən sui-istifadə edirlər". 

Polşa daxili işlər nazirinin müavini Pavel Bossernaker isə son 24 saatda Ukraynadan Polşaya 106 min nəfərin gəldiyini və bunun son 10 gündə ən yüksək rəqəm olduğunu bildirib. Bossernaker müharibə səbəbindən Ukraynadan Polşaya ümumilikdə 800 min insanın keçdiyini bildirib:

"Biz indi Polşa-Ukrayna sərhədində 30 qəbul məntəqəsi yaratmışıq. Yerli hökumətlər tərəfindən yaradılan kiçik qəbul məntəqələri də var"-deyə o, bildirib. 

Polşa rəsmiləri həmçinin bildiriblər ki, Polşada 27 məntəqədə ukraynalıların yardım haqqında məlumat ala biləcəkləri mərkəzlər yaradılıb.


Etiketlər:  Fahişə dəstələri ukraynalı qadınları tələyə salır Savaşdan qaçan qadınların çarəsizliyi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ