Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada əsirlikdə olan rus əsgərlərinin sayı açıqlanıb

Ukraynada əsirlikdə olan rus əsgərlərinin sayı açıqlanıb

Tarix: 10 Mart 2022 19:44

Ukraynada əsirlikdə 250-300 rus əsgəri var.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Feygin Live" proqramının efirində Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Əsirlikdə olanların sayı barədə onu deyə bilərəm ki, onların sayı 250-300-dür, bu, yalnız çağırışçılardır.

Çağırışçılar çox maraqlı şeylər danışdılar, əvvəllər Suriyada döyüşmüş 15-ci əlahiddə motoatıcı briqadanın çağırışçı-kəşfiyyatçıları, Qarabağda olan və əvvəllər Donbasda döyüşmüş "sülhməramlılar" barədə. Onlar Suriya və Donbas haqqında, Ukraynadakı Suriya üsulları haqqında çox danışdılar, orduya qalib gələ bilmədiklərinə görə şəhərləri mühasirəyə alırlar və indi Mariupolda olduğu kimi, əhaliyə qalib gəlməyə çalışırlar", - o vurğulayıb.

Arestoviç qeyd edib ki, Ukraynada nə qədər rusiyalı çağırışçının döyüşdüyünü söyləmək çətindir: "Lakin hərbi əməliyyatların getdiyi bir istiqamət yoxdur ki, orada belə hərbçilər olmasın. Söhbət ondan gedir ki, burada mənim hesablamalarıma görə, ən azı 80-100 min çağırışçı var".

O deyib ki, Ukraynada həlak olan rus əsgərlərinin yarısı da çağırışçılardır.


Etiketlər:  Ukraynada əsirlikdə olan əsgərlərinin sayı açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ