Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Beyl mənə forma dəyişdirməyi təklif etdi'' - Dmitri Nazarov

''Beyl mənə forma dəyişdirməyi təklif etdi'' -  Dmitri Nazarov

Tarix: 9 Sentyabr 2019 12:08

"Uelslə oyunda bir xal qazanmağa layiq idik. Vacib xal itirdik. İki çox qəribə qol buraxdıq. Bunun günahkarı özümüzük".

Qol.az xəbər verir ki, bu sözləri millimizin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib.

O, Uelslə matçdan sonra rəqib komandanın kapitanı Qaret Beyllə aralarında olan dialoqdan danışıb: "Görüşdən sonra  Qaret Beyl mənə yaxınlaşdı, oyunumuzu yüksək qiymətləndirdi və soruşdu ki, forma dəyişdirmək istəyirəmmi".

Nazarov bu gün Xorvatiya ilə keçiriləcək görüş haqda danışarkən belə güclü rəqibə qarşı motivasiyanın ən yüksək həddə olduğunu bilidirb: "Azərbaycanın himni səslənəndə insanın tükləri biz-biz olur, səni meydanda mübarizəyə səsləyir və bu anın vacibliyini dərk edirsən. Xorvatiya kimi komanda ilə qarşılaşanda isə düşünürsən ki, ikinci Bundesliqada oynayan bir futbolçu növbəti dəfə nə vaxt Luka Modriç və İvan Perişiçlə üz-üzə gələcək?"

Xatırladaq ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya  matçı saat 20:00-da başlayacaq.

 


Etiketlər:  Beyl mənə forma dəyişdirməyi təklif etdi Dmitri Nazarov


RƏYLƏR