Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Gəlinim deyir ki, səni ərə vermək lazımdır, amma fakturama uyğun kişi yoxdur...”

“Gəlinim deyir ki, səni ərə vermək lazımdır, amma fakturama uyğun kişi yoxdur...”

Tarix: 14 Mart 2022 13:35

"Bəzən fakturama uyğun obrazlar oynayanda rəy yazırlar ki, bunun evində başıpapaqlı bir kişi yoxdur? O insanlar məni yalnız efirdə görürlər, yaşam tərzimi bilmirlər, gördükləri kimi də qəbul edirlər. Fikirləşirlər ki, mən real həyətdə də eləyəm. Amma əslində biz aktrisalar necəyik?! Mən özümdən danışıram, özüm haqqında deyə bilərəm. Bəlkə başqa aktrisaların oynadığı obrazlar onların həyat tərzidir, amma məndə elə deyil! Oynadığım obrazlar həyatımın tam əksidir. Obrazlarda bir neçə həyat yoldaşım olur, amma mənim bir ərim olub, o da övladlarımın atasıdır. Obrazda içki içib, siqaret çəkiriksə bu o demək deyil ki, mən də eləyəm. Biz həyatda o qədər elə insanlar görürük ki, onları tamaşaçılara peşəkarcasına çatdırırıq. Obrazımı gözəl oynayıram, tamaşaçını inandırıram. Mən həm də aktyorluq sənətindən dərs deyirəm, tələbələrimə də deyirəm ki, rolu elə oynamalısan ki, tamaşaçılar sənə inansın. Orada mən Nəzakət deyiləm, oradakı adamam. Rolu boğazdan yuxarı oynamıram, onu ürəyimə, canıma hopdururam".

Sonxeber.net xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Nəzakət Məmmədova deyib. 

"Sənət tələb edərsə, obraz üçün soyunarsınız?" sualına isə aktrisa belə cavab verib.

"Xeyr, heç vaxt obraz üçün soyunmaram. Nə qədər müasir olsaq da bizim öz mentalitetimiz var, ölkəmizdə bu tip rollar hələ ki, qəbul olunmur. Lap yüksək qonorar da versələr heç vaxt bunu etmərəm. Çünki mən qonorara görə yox, obrazı sevdiyimə görə rola çəkilirəm. Bu günlərdə bir serialda mənə belə bir obraz təklif olundu ki, guya cavan oğlan mənim sevgilimdir, mən də ona pul xərcləyirəm. Mən razı olmadım, obrazdan imtina etdim. O gün məni verilişdə ittiham edirlər ki, gəlini ilə tik-tok çəkir. Deyirəm ki, kükəkənim olsun onunla da tik-tok çəkəcəyəm. Qoy bu da Azərbaycanda yenilik olsun. Mən övladlarımı çox istədiyim kimi onların seçimini də çox istəyirəm" deyə aktrisa bildirib.

Nəzakət Məmmədova ailə həyatı qurub-qurmaması ilə bağlı sualı da cavablandırıb.

"Hətta gəlinim də mənə deyir ki, mama səni ərə vermək lazımdır! İllər öncə evlilik təklifləri almışam, amma kriteriyalarıma uyğun olmayıb. Mənim fakturama uyğun kişi yoxdur. Əlbəttə ki, uşaqlar da evlənir, insana qulaq yoldaşı lazımdır. Məni seçən insan savadlı, aristokrat olmalıdır. Qazancı normal olmalıdır ki, ailəsini saxlaya bilsin. Deməməlidir ki, sən məni saxla. Məni olduğu kimi qəbul etməlidir, səhəri gün mən qastrola gedə bilərəm, istəsə mənimlə gedə bilər. Təbii ki, görünüşü də rol oynayır, ən azından məndən bir az boyca hündür olmalıdır. Qızımı ərə verəndən sonra bu haqda fikirləşə bilərəm. Mənim 49 yaşım olacaq, yaşımı heç vaxt gizlətmirəm, çünki özümə arxayınam. Mən estetiksiz görünürəm, təkcə 2009-cu ildə bir burun əməliyyatı etdirmişəm. Şəkillərimin altına rəy yazırlar ki, filan yerini şişirdib, əməliyyat etdirib. Allahın verdiyi bədəndir, müdaxilə etməmişəm" deyə aktrisa bildirib.


Etiketlər:  Gəlinim deyir səni ərə vermək lazımdır amma fakturama uyğun kişi yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ