Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Podolyak Rusiya ilə danışıqları şərh edib

Podolyak Rusiya ilə danışıqları şərh edib

Tarix: 14 Mart 2022 15:04

Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Ukrayna və Rusiya arasında danışıqların dördüncü raundunu şərh edib.

Sonxeber.net UNİAN-a istinadən bildirir ki, onun Twitter-də qeyd etdiyi kimi, tərəflər artıq dəqiqləşdirilmiş mövqelərini fəal şəkildə ifadə edirlər.

"Ünsiyyət çətindir, amma davam edir. Anlaşılmazlığın səbəbi bizim çox fərqli siyasi sistemlərimizin olmasıdır. Ukrayna cəmiyyətdə azad dialoq və məcburi konsensusdur. Rusiya - öz cəmiyyətinin ultimativ şəkildə sıxışdırılmadır", - Podolyak qeyd edir.

Xatırladaq ki, saat 10:30-da videoformatda Rusiya-Ukrayna danışıqlarının 4-cü raundu başlayıb.

Podolyak qeyd edib ki, müzakirə olunan məsələlər arasında sülh, atəşkəs, bütün qoşunların dərhal çıxarılması və təhlükəsizlik təminatları var.

Aslan Məmmədov


Etiketlər:  Podolyak Rusiya ilə danışıqları şərh edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ