Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 00:04
Fransa Prezidenti Emmanuel Makron Rusiyanın "Birinci Kanal"ının əməkdaşı Marina Ovsyannikovaya diplomatik "mühafizə" və Fransadan sığınacaq təklif etməyə hazır olduğunu deyib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, BMT də jurnalisti dəstəkləyib və Rusiya hakimiyyətini onu repressiyalara məruz qoymamağa çağırıb.
Makron Fransanın qərbində ukraynalı qaçqınlara yardım mərkəzinə səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə Marina Ovsyannikovanın işini şəxsən müzakirə edəcəyini bildirib.
BMT-nin İnsan Haqları üzrə nümayəndəsi Ravina Şamdasani Ovsyannikovanın hərəkətini yüksək qiymətləndirərək, onu "çox cəsur jurnalist" kimi xarakterizə edib.
Qeyd edək ki, kanalın əməkdaşı Mariya Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə "Müharibəyə yox" sözləri yazılmış plakat açıb və "müharibəni dayandırın!" şüarı səsləndirib.
Xatırladaq ki, Moskvanın Ostankino Məhkəməsi M.Ovsyannikovanı sözügedən hadisəyə görə 30 min rubl cərimələyib.