Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 06:22
"Show TV"də yayımlanan "Baba" serialının çəkiliş meydançasında qalmaqal yaşanıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, iddiaya görə, ekran işinin pərdəarxasında yer alan komanda qar fırtınası altında 16 saat işləməli olub. Bununla bağlı Kino İşçiləri Həmkarlar İttifaqına edilən şikayətlərin ardından prodüser şirkəti barəsində qanuni tədbir görülməsi üçün Sosial Müdafiə Təşkilatına müraciət edilib. Mövzu ilə bağlı qurumdan yayımlanan bəyanatda deyilir:
"Ay Yapım" tərəfindən istehsal olunan layihədə 4857 saylı əmək qanununa zidd olaraq 16 saata qədər işin davam etdiyi müəyyən olunub. İş vaxtının tənzimləməsinə görə, çalışma zamanı gündə 11 saatdan çox ola bilməz. Əlavə iş saatları da daxil olmaqla bu müddətdən artıq çalışmaq cinayət məsuliyyəti yaratdığı kimi inzibati cərimə də tətbiq oluna bilər. İşəgötürənə iş vaxtının artıq bitdiyi deyilsə də çəkimlərə davam edilib. Bu səbəbdən lazımi hüquqi müraciətlər ediləcəkdir".
Qeyd edək ki, ekran işində baş rolları aktyorlar Haluk Bilginer və Tolqa Sarıtaş canlandırır.