Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 18:14
Rus balet artisti Olqa Smirnova fəaliyyət göstərdiyi "Bolşoy teatr"dan ayrılaraq Rusiyanı tərk edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, hal-hazırda Hollandiyanın Amsterdam şəhərində Het Nationale Balletinin prima balerinası kimi çalışır.
Olqanın ölkəsini tərk etməsinə səbəb isə rəqqasənin vətəndaş mövqeyi olub. O, martın 1-də Ukraynadakı vəziyyəti şərh edərək hərbi əməliyyatları pisləyib:
"Bütün varlığımla müharibəyə qarşıyam. Məsələ onda deyil ki, Ukraynada hər ikinci rusun qohumları və ya dostları var. Ya da babam ukraynalıdır, mən isə yarı ukraynalı. Məsələ ondadır ki, 21-ci əsrə keçməyimizə baxmayaraq 20-ci əsrdə yaşamağımızdır. Müasir sivil dünyada siyasi məsələlər müstəsna olaraq sülh danışıqları yolu ilə həll edilməlidir.
Rusiyadan utanacağımı heç düşünməmişdim. Həmişə istedadlı rus xalqı, mədəni və idman nailiyyətləri ilə fəxr etmişəm. İndi isə əvvələ sona xətt çəkilib. Döyüşlərin episentrində olmasaq da, qlobal fəlakətə biganə qala bilmərik".
Olqanın transferini Hollandiya Milli Baletinin direktoru Ted Brandsen belə şərh edib:
"O.Smirnova heyran olduğum görkəmli rəqqasədir. Bu illər ərzində onun karyerasını böyük maraqla izləmişəm. Belə bir balerinanı truppaya qəbul etmək bizim üçün böyük şərəfdir, baxmayaraq ki, onun qərarının şərtləri çox üzücüdür".
Qeyd edək ki, Olqa "Bolşoy teatr"ın ən gənc prima balerinası idi. Aprelin 3-də Amsterdamdakı Hollandiya Milli Opera və Balet Teatrında premyerası keçiriləcək "Raymonda" baletində Smirnov truppası ilə ilk rəqsini edəcək.