Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Özünü danışdırmasam da, sənətinə qiymət verirəm”- Əməkdar artist

“Özünü danışdırmasam da, sənətinə qiymət verirəm”- Əməkdar artist

Tarix: 17 Mart 2022 20:25

Əməkdar artist Gülüstan Əliyeva sənət aləmində dostluqların olmadığını söyləyib.

Milli.Az bu barədə o, "Mtv Xəbər"ə danışıb. Sənətçi deyib ki, incəsənət sahəsində hadisəslərin fövqündə qalmaq mümkünsüzdür:

"Bəlkə də həyatın qanunauyğunluğudur, yaxud da iş prosesimizin tələbidir. Təbiidir ki, qadın qadınla, kişi kişi ilə rəqabət aparır. Hər ikisi neytral zonada olanda, bir-birinin işinə mane olmayanda sənət aləmində dostluqlar davam edə bilir".

Xanəndə "Xəbəriniz olmadan başqasının qazdığı quyuya düşmüsünüzmü" sualına gəlincə bunları deyib:

"Bəli, özü də çox olub. Hətta heç olmadığım bir yerə  getdiyim barədə yalanlar yazılıb ki, guya hadisə yerində olmuşam. Halbuki orada tamam başqa insanlar var idi. Bunlara normal baxıram, çünki sənət aləmi çətin sahədir. Orada hadisələrin fövqündə qalmaq çox çətindir. Məsələn, elə insanlar var ki, onu danışdırmıram, amma sənətinə böyük qiymət verirəm. Bu da insanın daha böyük düşüncəyə malik olmasından irəli gəlir".

Milli.Az


Etiketlər:  Özünü danışdırmasam sənətinə qiymət verirəm Əməkdar artist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ