Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 14:16
Rus əsgərləri Xarkovu atəşə tutmaqda davam edir. Raket hücumlarından birinin nəticəsində Rusiya hərbçiləri Ukrayna Prezidenti yanında Milli Dövlət İdarəçilik Akademiyasının Xarkov Regional Dövlət İdarəçilik İnstitutunun binasını dağıdıblar.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bununla bağlı təsirli video yayılıb. Yazı yerli Telegram kanalı tərəfindən dərc edilib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, Xarkovda martın 18-də atəşə tutulması nəticəsində ali təhsil ocağının binasına və yaşayış binalarına ziyan dəyib. Ölən və yaralananlar var.
Altı mərtəbəli tədris binasının dağıdıldığı qeyd edilsə də, hansı müəssisənin olduğu barədə məlumat verilmir.
"Bir nəfər ölüb, 11 nəfər yaralanıb, bir nəfər dağıntılar altındadır. İki yaşayış binasında yanğın söndürülüb. Məlumat dəqiqləşdirilir", - məlumatda deyilir.
Aslan Məmmədov