Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 23:52
Bolqarıstan polisi keçmiş Baş nazir Boyko Borisovu həbsdən azad edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, "Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar" (GERB) partiyasının lideri Boyko Borisov ilə yanaşı keçmiş maliyyə naziri Vladislav Qoranov və hökumətin keçmiş sözçüsü Sevdalina Arnaudova təxminən 24 saatlıq həbsdən sonra heç bir ittiham irəli sürülmədən azad edilib.
Bolqarıstan KİV-lərinin hüquq-mühafizə orqanlarındakı mənbələrinə görə, prokurorluq hədə-qorxu ittihamı ilə həbs olunan Boyko Borisovun işində sübutlar əldə etməyib.