Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Unun qiyməti artıb? - VİDEO

Unun qiyməti artıb? - VİDEO

Tarix: 19 Mart 2022 10:36

Ölkədə kifayət qədər taxıl və un ehtiyatı olsa da, Bərdədə unun qiyməti artıb.

Sonxeber.net "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bahalaşma həm topdan, həm də pərakəndə satış qiymətlərində müşahidə olunur. Son 3 gündə Bərdədə unun qiyməti təxminən 5-10 faiz bahalaşıb. Apardığımız müşahidələrə əsasən, 3 gün öncə ilə müqayisədə indi əla növ unun bir kisəsi 2 manat baha satılır.

Satıcılar bildirirlər ki, hazırda unun qiyməti 40 manatadır.

Onlar iddia edirlər ki, unun topdansatış mərkəzlərindən gətirilməsi çətinləşib.

Qeyd edək ki, bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat olaraq açıqlanmışdı. İstehlakçılar un və çörək bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda Dövlət Xidmətinin 599-76-00 telefon nömrəsinə müraciət edə bilərlər.


Etiketlər:  Unun qiyməti artıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ