Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət qurumlarına köhnə avtomobillər almaq qadağan edildi

Dövlət qurumlarına köhnə avtomobillər almaq qadağan edildi

Tarix: 19 Mart 2022 14:28

Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlar (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə və prokurorluq orqanlarında xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələri istisna olmaqla) tərəfindən nəqliyyat vasitələrinin satınalınması zamanı istifadə edilmiş (istismar olunmuş) xidməti minik, xüsusi təyinatlı və digər avtonəqliyyat vasitələrinin satınalınmasına yol verilməyəcək.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə təşkilatların balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin hər biri üçün hər il dövlət büdcəsində ayrılan vəsaitlərə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - avtonəqliyyat vasitələrinin aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin istismar müddəti 5 ilə qədər olduqda - 30 faizi məbləğində, istismar müddəti 5 ildən yuxarı olduqda - 40 faizi məbləğində dövlət büdcəsindən vəsait ayrılacaq.

Əvvəl isə avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində dövlət büdcəsindən vəsait ayrılırdı.


Etiketlər:  Dövlət qurumlarına köhnə avtomobillər almaq qadağan edildi


RƏYLƏR