Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 15:20
"Qalatasaray"ın futbolçusu Omar Elabdellaui Norveç millisindən çıxarılıb.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi özü yerli futbol federasiyasına bununla bağlı müraciət edib.
Elabdellaui uzun fasilədən sonra yoldaşlıq görüşləri üçün milliyə dəvət alsa da, öz istəyi ilə heyətdən kənarlaşdırılıb. Norveç Futbol Federasiyası bunu oyunçunun səhhəti ilə əlaqələndirib: "Omar bir neçə dəfə gözündən əməliyyat olunub. Gələn həftə isə növbəti dəfə müayinədən keçməlidir".
Qeyd edək ki, Norveç yığması martın 25-də Slovakiya, 29-da isə Ermənistanla qarşılaşacaq.