Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Voleybol millimiz baş məşqçisiz qaldı

Voleybol millimiz baş məşqçisiz qaldı

Tarix: 10 Sentyabr 2019 11:20

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Covanni Kaprara vəzifəsindən ayrılıb.

Qol.az xəbər verir ki, buna 57 yaşlı mütəxəssisin müqaviləsinin bitməsi səbəb olub. Azərbaycan Voleybol Federasiyasının qısamüddətli müqavilə bağladığı Kaprara yenidən İtaliyanın "İl Bisonte” klubuna qayıdıb.

May ayında millinin "sükanı arxası”na keçən mütəxəssis 3 rəsmi turnirdə komandamıza rəhbərlik edib. Avropa Liqasında 6 məğlubiyyət alan əcnəbi məşqçi Olimpiya lisenziyalı turnirdə 3 oyunda cəmi 1 qələbə sevinci yaşayıb.

Onun son sınağı isə Avropa çempionatına təsadüf edib. Kapraranın rəhbərlik etdiyi yığma qrupda 5 oyundan 4-də qələbə qazanıb, 1-də uduzaraq 1/8 finala yüksəlib. Voleybolçularımız üçün keçilməz olan bu matç apenninli mütəxəssis üçün də son görüş olub (Qafqazinfo).

 

 


Etiketlər:  Voleybol millimiz baş məşqçisiz qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ