Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toya görə layihədən ayrıldı

Toya görə layihədən ayrıldı

Tarix: 20 Mart 2022 15:58

Aktyor Serkan Çayoğlu ilə aktrisa Özge Gürelin evlilik hazırlıqları davam edir.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, hazırda "Kıbrıs zafere doğru" serialında baş rollardan birini canlandıran Serkana eyni zamanda film təklifi gəlib. Lakin aktyor toy hazırlıqları ilə bağlı işlərə mane törətdiyi üçün bu təklifdən imtina etməli olub.

Belə ki, aktyor Aytaç Şaşmazın da yer alacağı yeni layihənin çəkilişlərinə qatılan Serkay ekran işindən ayrılıb. O, 6 ay davam etməli olan çəkilişlərin ona uyğun olmadığını bildirib.

Qeyd edək ki, 7 ildir eşq yaşayan cütlük "Kiraz Mevsimi" serialında tanış olub. Özge Serkanın evlilik təklifinə "hə" cavabı verib. Bundan sonra Serkan sevgilisinin barmağına 370 min lirəlik üzük taxıb.


Etiketlər:  Toya görə layihədən ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ