Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Velosipedçi finişə çatıb infarkt keçirdi

Velosipedçi finişə çatıb infarkt keçirdi

Tarix: 22 Mart 2022 14:44

"Bəhreyn Viktorius" komandasının velosipedçisi Sonni Kolbrelli "Vuelta Kataloniya" yarışının birinci mərhələsində xoşagəlməz hadisə ilə üzləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, 172 km-lik məsafədə finişə 2-ci çatan italiyalı idmançının qəflətən halı pisləşib. Huşunu itirən velosipedçidə əvvəlcə qıcolmalar baş verib.

İlkin tibbi müdaxilədən sonra Kolbrellinin infarkt keçirdiyi bəlli olub. Defibrillyator cihazının köməyi ilə özünə gələn idmançı yerli xəstəxanaya yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, Kolbrelli finişə çatandan sonra komandadakı tərəfdaşlarından və ya rəqiblərindən birinə salam vermək niyyətində olub. Lakin o, qəfildən huşunu itirərək yerə yıxılıb.

Milli.Az


Etiketlər:  Velosipedçi finişə çatıb infarkt keçirdi


RƏYLƏR