Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış futbolçu qəzaya düşdü - FOTO

Tanınmış futbolçu qəzaya düşdü - FOTO

Tarix: 22 Mart 2022 17:48

Niderlandın "Ayaks" klubunun qapıçısı Andre Onana avtomobil qəzasına düşüb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, hadisə 26 yaşlı kamerunlu qolkiper şəxsi maşını milli komandanın düşərgəsinə gedərkən baş verib.

Avtomobillərə ciddi ziyan dəyməsinə baxmayaraq, qəzada xəsarət alan olmayıb.

Qeyd edək ki, İspaniya "Barselona"sının yetirməsi olan Andre Onana 2015-ci ildən "Ayaks"da çıxış edib. Onun cari mövsümün sonunda İtaliya "İnter"inə keçəcəyi gözlənilir.

Onana ötən il dopinqə görə 1 illik diskvalifikasiya olunsa da, sonradan cəzası 9 aya endirilib.


Etiketlər:  Tanınmış futbolçu qəzaya düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ