Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 18:08
Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2022-ci il yanvar-fevral aylarında 26,9 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 78,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 39,6 faiz artıb.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2,2 dəfə, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 55,0 faiz, 1 kV -dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı isə 23,6 faiz artıb.