Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayden Belçikaya yola düşüb

Bayden Belçikaya yola düşüb

Tarix: 23 Mart 2022 23:58

ABŞ Prezidenti Co Bayden belçikanın paytaxtı Brüsselə yola düşüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, ABŞ Prezidenti Avropaya səfəri çərçivəsində Ukraynada vəziyyətlə bağlı NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının martın 24-də keçiriləcək fövqəladə sammitində iştirak edəcək.

Co Bayden, G7 ölkələrinin liderləri ilə görüşəcək, Avropa Şurasının sessiyasında Avropa İttifaqına üzv ölkələrin liderlərinə müraciət edəcək. Baydenin martın 25-də Polşaya səfər edəcəyi və Prezident Andjey Duda ilə məsləhətləşmələr aparacağı bildirlib.


Etiketlər:  Bayden Belçikaya yola düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ