Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2022 12:08
Rusiya nüvə bəyanatlarını dayandırmalıdır.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, bu həm təhlükəlidir, həm də məsuliyyətsizlikdir:
"NATO bütün müttəfiqlərini qorumaq üçün buradadır. Biz Rusiyaya açıq mesaj veririk: Nüvə müharibəsində heç kim qalib gələ bilməz. Müharibənin qarşısını almaq üçün hər şeyi etməliyik. Əks halda, bu, Ukrayna hüdudlarından kənara çıxa və daha da təhlükəli ola bilər. Nüvə müharibəsi heç vaxt baş verməməlidir, çünki qalibi olmayacaq. Bu, əslində Rusiyanın da dəfələrlə təkrarladığı bir şeydir. Lakin hazırkı nüvə ritorikası buna ziddir".