Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramazan ayının başlama vaxtı açıqlandı

Ramazan ayının başlama vaxtı açıqlandı

Tarix: 25 Mart 2022 11:32

Aprelin 2-si Ramazan ayının ilk günüdür.

Bunu Sonxeber.net-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.

O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərilib.

"Onlar ayların daxilolma təqvimini bizə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək. Hilal görünürsə, sabahı Ramazan ayının 1-idir" - o qeyd edib.

QMİ sədrinin müavini Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb.

"Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır" - o bildirib.


Etiketlər:  Ramazan ayının başlama vaxtı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ