Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniyada Rusiyanın 47 vətəndaşı korrupsiyada şübhəli bilinir

İspaniyada Rusiyanın 47 vətəndaşı korrupsiyada şübhəli bilinir

Tarix: 25 Mart 2022 15:16

İspaniya prokurorluğu krallıqda korrupsiya və mütəşəkkil cinayət işlərində əli olduğu iddia edilən Rusiyanın 47 vətəndaşını müəyyən edib.

Sonxeber.net report-a istinadən bildirir ki, bu barədə "Periodico" qəzeti məlumat yayıb.

Məlumata görə, onların bir çoxu hazırda İspaniya məhkəmələrində ittiham olunmur. Bundan başqa, prokurorluq iddia edilən cinayətlərdə əli ola biləcək 10-a yaxın hüquqi şəxs müəyyən edib.

Siyahıya sahibkarlar Mixail Fridman, İlya Traber, kriminal avtoritet Zaxari Kalaşov (Şakro Molodoy) və başqaları daxildir.

Martın əvvəlindən İspaniyada qeyri-qanuni fəaliyyətlə məşğul olan Rusiya vətəndaşları haqqında məlumat toplamağa başlayıb.


Etiketlər:  İspaniyada Rusiyanın vətəndaşı korrupsiyada şübhəli bilinir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ