Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Rusiyanın yeni itkilərini açıqladı

Ukrayna Rusiyanın yeni itkilərini açıqladı

Tarix: 25 Mart 2022 16:04

Rusiya qüvvələrinin Ukraynadakı itkiləri 16 min nəfəri ötüb.

Sonxeber.net bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook sosial şəbəkəsində məlumat yayıb.

"O cümlədən, fevralın 24-dən martın 25-dək düşmənin ümumi döyüş itkiləri təxminən belə olub: şəxsi heyət - 16 min 100 nəfər, tanklar - 561 ədəd, zirehli döyüş maşınları - 1 min 625 ədəd, artilleriya sistemləri - 291 ədəd, raket sistemləri - 90 ədəd, hava hücumundan müdafiə sistemləri - 49 ədəd, təyyarələr - 115 ədəd, helikopterlər - 125 ədəd, avtomobil texnikası - 1089 ədəd, gəmilər/qayıqlar - 5 ədəd, yanacaq-sürtkü materialları olan çənlər - 72, PUA-nın əməliyyat-taktiki səviyyəsi - 53, xüsusi texnika - 18", - məlumatda deyilir.

Aslan Məmmədov


Etiketlər:  Ukrayna Rusiyanın yeni itkilərini açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ