Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2022 21:39
Son vaxtlar COVID-19 təhlükəsindən qorunmaq üçün insanlar müxtəlif dərman preparatlarından kortəbii surətdə, dost və tanışlarının, qohumlarının məsləhəti ilə istifadə edirlər.
Bundan yaranan fəsadların ağırlığı barədə isə düşünmürlər. Əksər insanlar bu dərmanları xəstələnməmiş və ya xəstəliyin simptomlarını müşahidə etdikləri zaman profilaktika məqsədilə qəbul edirlər. Bu dərmanlar arasında qanı duruldan preparatlar da var.
Qan durulducu dərmanlardan kortəbii, "lazım oldu-olmadı" istifadə orqanizm üçün çox zərərlidir.
Sonxeber.net bildirir ki, bu barədə həkim Nərgiz Kərimova ATV telekanalının "Səhər" proqramına müsahibə verib.
Həkim bildirib ki, qan durulducu dərmanların içərisində ən çox yayılmışları aspirin kardio, kardiomaqnil kimi preparatlardır.
"Bu dərmanlardan geniş istifadə olunarsa, bu, mədə-bağırsaq qanaxmalarına, mədə xoralarının yaranmasına, böyrək çatışmazlığına və bir çox xroniki xəstəliklərə səbəb ola bilər".
N.Kərimovanın sözlərinə görə, laborator müayinələr aparılmadan qan durulduculardan istifadə olunarsa, bunun orqanizmə xeyrindən çox, ziyanı dəyə bilər. /medicina.az