Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazir Anar Qasımovu vəzifəsindən azad etdi

Nazir Anar Qasımovu vəzifəsindən azad etdi

Tarix: 26 Mart 2022 14:10

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Anar Qasımov vəzifəsindən azad edilib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.

Nazirin digər əmri ilə onun yerinə bu vəzifəyə Ceyhun Hüseynzadə təyin edilib.

Bu təyinata qədər C.Hüseynzadə adıçəkilən şöbədə müdir müavini vəzifəsində çalışıb.

A.Qasımov isə Azercell Telekom MMC-nin transformasiya proqram meneceri təyin edilib.

Milli.Az


Etiketlər:  Nazir Anar Qasımovu vəzifəsindən azad etdi


RƏYLƏR