Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna: Rusiya Kiyevi cənub-qərbdən mühasirəyə almaq istəyir

Ukrayna: Rusiya Kiyevi cənub-qərbdən mühasirəyə almaq istəyir

Tarix: 27 Mart 2022 11:52

Hücum əməliyyatları zamanı ciddi itki vermiş Rusiyanın Şərq Hərbi Dairəsinin 35-ci ordusunun ayrı-ayrı bölmələrinin yenidən qruplaşdırılması həyata keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd edilib ki, bir neçə bölmə Çernobıl rayonundan döyüş qabiliyyətlərinin bərpa edilməsi üçün Belarus ərazisinə aparılıb: "İstisna edilmir ki, sonradan gücləndirilmiş həmin hərbi bölmələr Kiyevin cənub-qərb istiqamətindən mühasirəyə alınması üçün hərbi əməliyyatlara cəlb ediləcək".

Milli.Az


Etiketlər:  Ukrayna Rusiya Kiyevi cənub qərbdən mühasirəyə almaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ