Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2022 21:39
Biz (Ukraynada -red.) tezliklə atəşkəsin əldə olunmasını istəyirik. Biz bunu tələb edirik, bunun üçün çalışırıq.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O qeyd edib ki, Türkiyə siyasətinin prinsipi bütün ölkələrin sərhədlərinə, hüquqlarına hörmətlə yanaşmaqdır.
"Bu mənada, Türkiyə Cümhuriyyəti Dövləti olaraq prezidentimiz bunu dəfələrlə dilə gətirib. Biz Ukraynanın sərhədlərinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət edirik. Bundan əlavə, 2014-cü ildən bu yana prezidentimiz Ukraynanın Rusiya tərəfindən ədalətsiz ilhaqını tanımadığımızı dəfələrlə dilə gətirib", - deyə nazir bildirib.