Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Patı'' satan bacı-qardaş saxlanılıb

''Patı'' satan bacı-qardaş saxlanılıb

Tarix: 28 Mart 2022 14:42

Ağstafada narkotik satan bacı-qardaş tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Göyçay rayon sakini K.Şükürovun idarə etdiyi "VAZ-2109" markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı sərnişinləri Ucar rayon sakinləri, əvvəllər məhkum olunmuş N.Əhmədov və bacısından 1 kiloqram 850 qram heroin, 1 kiloqram 880 qram marixuana və 140 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Patı satan bacı qardaş saxlanılıb


RƏYLƏR