Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polad Bülbüloğlu ''Rossiya 1” kanalının rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığını çatdırıb

Polad Bülbüloğlu ''Rossiya 1” kanalının rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığını çatdırıb

Tarix: 29 Mart 2022 20:06

"Spravedlivaya Rossiya" partiyasının rəyasət heyətinin katibi, Rusiya Dövlət Dumasının III-VII çağırış deputatı Oleq Şein tərəfindən Səfir Polad Bülbüloğlunun adına məktub ünvanlayıb.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

Məktubda Oleq Şein sağlam düşüncəsini itirməmiş Rusiya vətəndaşları adından həmpartiyalısı, Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiya televiziyasında səsləndirdiyi fikirləri ilə bağlı üzr istəyir, soydaşlarının əksər çoxluğunun Azərbaycanı dost ölkə, Azərbaycan xalqını isə mehriban qonşu kimi qəbul etdiklərini vurğulayır.

Eyni zamanda Oleq Şein təmsil etdiyi partiyanın rəhbərliyinə daxil olan bir şəxs kimi gələcəkdə belə insidentlərin baş verməməsi üçün müvafiq addımlar atdığını da bildirir.

Qeyd edək ki, səfir Polad Bülbüloğlu "Rossiya 1" kanalının daxil olduğu Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığı çatdırıb və belə halların qəbuledilməz olduğu vurğulayıb.

Göstərilmiş səylər nəticəsində Mixail Delyaqin də bu gün Rusiya rəsmiləri tərəfindən ona verilmiş məsləhətləri qəbul etdiyini açıqlamış, səsləndirdiyi fikirlərinə görə peşman olduğunu bildirərək üzr istəyib və belə addımı şou naminə atdığını söyləyib.


Etiketlər:  Polad Bülbüloğlu Rossiya kanalının rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığını çatdırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ