Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanla oyunda 8 futbolçumuz virusa yoluxmuşdu” – Həkimdən açıqlama

''Azərbaycanla oyunda 8 futbolçumuz virusa yoluxmuşdu” – Həkimdən açıqlama

Tarix: 11 Sentyabr 2019 12:12

Avro-2020-nin seçmə mərhələsində millimizlə Bakıdakı oyunda (1:1) xal itirən Xorvatiya yığmasının 8 futbolçusu virusa yoluxubmuş.

Qol.az xəbər verir ki, bunu Xorvatiya mətbuatına açıqlamasında milli komandanın həkimi Zoran Bahtiyareviç deyib. Onun sözlərinə görə, komandanın istənilən kimi çıxış etməməsinin səbəbi də məhz bu olub:

"Virusa yoluxan səkkiz futbolçudan yeddisi start heyətində meydana çıxmışdı. Baş məşqçimiz Daliç təvazökarlığından bu barədə heç nə demədi. O, xal itkisinə bəhanə gətirmək istəmədi.

Bu virus bədənə ciddi təsir edir və gücü tamamilə azaldır. Biz futbolçulara maksimum kömək etməyə çalışdıq. Hətta matçdan əvvəl baş hakimə dedim ki, qarşılaşma zamanı oyunçulardan hansısa ayaqyoluna gedə bilər. Əvvəlcədən xəbərdarlıq etdim ki, buna təəccüblənməsin və belə hal baş versə, futbolçunu cəzalandırmasın. Amma buna ehtiyac duyulmadı".

Zoran Bahtiyareviç virusun Bakıdakı qidalamma ilə bağlı olmadığını da deyib: "Virus futbolçulardan birinə düşüb və ondan digərlərinə keçib. Bunun Bakıdakı yeməklərlə heç bir əlaqəsi yox idi. Çünki bizim öz aşpazımız var və əla bir oteldə qalırdıq. Sadəcə, bu problemi biləndə oyuna çox az vaxt qalımışdı. Təəsüf ki, araşdırmaq üçün gec idi".

 


Etiketlər:  Azərbaycanla oyunda futbolçumuz virusa yoluxmuşdu Həkimdən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ