Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 08:40
"Rusiyanın silahlı qüvvələri Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü davam etdirir. Bununla yanaşı, Rusiyanın Müdafiə Nazirliyi qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətlərinin ərazisindən çıxarır".
Sonxeber.net bildirir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook səhifəsində yerləşdirilmiş məlumatda belə deyilir.
Məlumata görə, Rusiya qoşunları xeyli itki verməkdə davam edir. Martın 28-də 83-cü əlahiddə hava hücumu briqadasının daimi dislokasiya məntəqəsində həlak olan hərbçilərlə vida mərasimi keçirilib. Onların sayı 200-ə yaxındır.
Baş Qərargah qeyd edib ki, rusiyalılar texnikanın döyüşə çıxarılmasında ciddi çətinliklər yaşayırlar.