Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 13:20
Rusiya ordusu Ukraynada səhvən öz öz təyyarələrindən birini vurub.
Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo "Reuters"ə istinadən xəbər verib. Böyük Britaniyanın GCHQ kəşfiyyat təşkilatının rəhbəri Ceremi Fleminq bu barədə məlumat verib. O bildirib ki, Ukraynadakı bəzi rus əsgərləri əmrləri yerinə yetirməkdən imtina edir, ruhdan düşüb və zəif təchiz olunub. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin vəziyyəti dəyərləndirərkən səhv edib, həm Ukrayna xalqının müqavimətini, həm də Moskvanı sanksiyalarla cəzalandıran Qərbin qətiyyətini aşağı qiymətləndirib. GCHQ rəhbəri hesab edir ki, Putinin müşavirləri ona həqiqəti söyləməkdən qorxurlar.
Xatırladaq ki, fevralın 26-da da Rusiya gəmisinin Qara dənizdə öz hərbi təyyarəsini vurması barədə də məlumat yayılmışdı.
ARAYIŞ: GCHQ (Government Communications Headquarters) kiberhücum və təhdidlərdən mühafizə üçün Böyük Britaniya hökuməti tərəfindən yaradılmış təhlükəsizlik və kəşfiyyat agentliyidir. Təşkilat hökumət və ordu qurumlarının elektron kəşfiyyatı və məlumatlarının mühafizəsinə cavabdeh olan xüsusi xidmət orqanıdır. Bu təşkilat MI5 və MI6 ilə birlikdə Birgə Kəşfiyyat Komitəsinin üzvüdür.