Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda ərzaq malları bahalaşmağa davam edəcək? - VİDEO

Azərbaycanda ərzaq malları bahalaşmağa davam edəcək? - VİDEO

Tarix: 31 Mart 2022 14:24

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Rusiya ilə Ukrayna arasındakı hərbi münaqişənin qlobal ərzaq bazarına mənfi təsir edəcəyini proqnozlaşdırır. Beynəlxalq Təşkilat dünya bazarında qiymətlərin 8-dən 22 faizə qədər artacağı qənaətindədir. İqtisadçı ekspert Xalid Kərimli bildirir ki, sözügedən bahalaşma ölkəmizə təsirsiz ötüşməyəcək. Qiymət artımı ət və ət məhsulları ilə yanaşı, idxal olunan əksər gündəlik tələbat mallarında da müşahidə edilə bilər.

Xalid Kərimli deyir ki, Rusiya-Ukrayna müharibəsi dünyada  bəzi ərzaq məhsullarında çatışmazlıqlara da səbəb ola bilər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Departament Rəhbəri Nicat Hacızadə isə bildirir ki, idxal olunan məhsulların qiymətindəki artım yerli istehsala da təsirsiz ötüşməyəcək.

Nicat Hacızadənin sözlərinə görə, bahalaşması gözlənilən ərzaq məhsulları arasında minimum istehlak səbətinə daxil olanlar da var.

Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


Etiketlər:  Azərbaycanda ərzaq malları bahalaşmağa davam edəcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ