Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2019 14:04
Argentina millisi yoxlama matçında Meksikaya 4:0 hesabı ilə qalib gəlib.
Qol.az xəbər verir ki, qollardan 3-nü 22 dəqiqə ərzində “İnter”in forvardı Lautaro Martinis vurub. O, 17, 22 və 39-cu dəqiqələrdə fərqlənib. Daha bir qolu isə 33-cü dəqiqədə rəqib qapısından penalti zərbəsu ilə Leandro Daniel Paredes keçirib.
Qeyd edək ki, fasilədə Lautaro Martinis əvəzlənib. Argentinanın baş məşqçi Lionel Skaloni deyib ki, bu, əvvəlcədən nəzərdə tutulmuş dəyişikıik olub: “Düzdür, onu haqsızlıq etdiyimizi düşünə bilərlər. Amma onun müəyyən ağrıları vardı”.