Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ukraynanın 24 PUA-sını məhv etdi

Rusiya Ukraynanın 24 PUA-sını məhv etdi

Tarix: 2 Aprel 2022 12:14

Rusiya silahlı qüvvələri yüksək dəqiqlikli silahlarla Ukraynanın Poltava və Dnepr aerodromlarını sıradan çıxarıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Yüksək dəqiqlikli havadan buraxılan raketlər Poltava və Dneprdəki hərbi aerodromları sıradan çıxarıb. Rusiyanın hava hücumundan müdafiə sistemləri Sumı şəhəri və Urojaynoye qəsəbəsi yaxınlığında iki Ukrayna Mi-24 helikopterini vurub. Bundan əlavə, Ukraynaya məxsus 24 pilotsuz uçuş aparatı havada məhv edilib", deyə Rusiya MN rəsmisi vurğulayıb.

Konaşenkov uzaqmənzilli yüksək dəqiqlikli silahlarla Kremençuq neft emalı zavodunda benzin və dizel yanacağı olan anbarlarıın məhv edildiyini də söyləyib.


Etiketlər:  Rusiya Ukraynanın sını məhv etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ