Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2019 15:36
Bakı. Trend:
Ötən ilin oktyabr ayında müğənni Berkay Şahinlə dalaşan "Başakşəhər"in futbolçusu Arda Turan bu gün məhkəmə qarşısına çıxıb.
Trend-in məlumatına görə, İstanbul Ədalət Sarayında keçirilən məhkəmədə Arda Turana hökm oxunub.
Qorxu yaradacaq şəkildə silahla atəş açmaq, sənədsiz silah gəzdirmək və qəsdən sağlamlığa zərər vurmaqda günahlarılan futbolçuya 2 il 8 ay 15 gün həbs cəzası verilib. Ancaq məhkəmə hökmün elanının təxirə salınmasına qərar verib.
Xatırladaq ki, Arda Turan ötən ilin oktyabr ayının 10-da gecə klublarının birində Berkay Şahinlə dalaşıb. Münaqişə əsnasında Arda onun burnunu sındırıb, sonra xəstəxanada Berkaya silah çəkib və yerə atəş açıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin