Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üzü təmizləyən maskalar

Üzü təmizləyən maskalar

Tarix: 3 Aprel 2022 17:15

Hava, toz, dərinin təbii yağı və digər amillər dərinin kirlənməsinə, məsamələrin bağlamasına, nəticədə cildin nəfəs almamasına səbəb olur.

Sonxeber.net Axşam.az-a istinadən təbii vasitələrlə ev şəraitində hazırlaya biləcəyiniz üz təmizləyici maskaları təqdim edir.

1. Bal və yumurta:

Bir yumurta sarısına 1 çay qaşığı bal ilə qarışdırın. 6-7 badamı toz halına salıb qarışıma əlavə edin. Əldə etdiyiniz maskanı üzə çəkin və 10-15 dəqiqə gözləyin. Sonda ilıq su ilə yuyun.

2. Qaymaq və alma:

Kiçik bir alma yaxşı qaynadın və çəngəl ilə yüngülcə əzin. İçinə 1 çay qaşığı qaymaq, 1 çay qaşığı zeytun yağı və 1 çay qaşığı limon və ya portağal suyu əlavə edin və qarışdırın. Bu maskanı üz, alın və boyun daxil olmaqla cildinizə çəkin. 5 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

3. Süd və bal:

Bir qaba 2 çay qaşığı süd və 1 çay qaşığı bal əlavə edin. Bu maskanı yaxşıca qarışdırın və bütün üzə çəkin. Təxminən 2-3 dəqiqə saxlayın və soyuq su ilə yuyun. Çox quru dəriniz varsa, 1 çay qaşığı zeytun yağı da əlavə edə bilərsiniz. Sonda nəmləndirici kremdən istifadə edin.


Etiketlər:  Üzü təmizləyən maskalar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ