Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 21:57
Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyinin 10 əməkdaşını persona non-qrata elan edib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin öz saytında dərc olunmuş bəyanatında deyilir.
"Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyində çalışan 10 nəfərin fəaliyyətinin 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına zidd olduğunu hesab edərək, ölkə ərazisində persona non qrata elan etmək qərarına gəlib", - məlumatda deyilir.
Rumıniya Xarici İşlər Nazirliyi qeyd edib ki, artıq rusiyalı diplomatlar bu qərarla bağlı məlumatlandırılıblar.