Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 21:58
Rusiyanın Avropa İttifaqında (Aİ) daimi nümayəndəliyinin 19 əməkdaşı arzuolunmaz şəxs elan edilib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) açıqlama verib.
Belə ki, Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti ali nümayəndəsi Josep Borrelin qərarı ilə həmin şəxslər barəsində diplomatik statusları ilə bir araya sığmayan davranışlarına görə sözügedən tədbir görülüb.