Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 23:44
Azərbaycanda güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə məşğul olanlar 10 il həbs ediləcək.
Bu, parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.
Dəyişikliklə Cinayət Məcəlləsinin (240-cı maddə: Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) 240.1, 240.2 və 240.3-cü maddələrində nəzərdə tutulmuş əməllər güclü təsir edən maddələrə münasibətdə xüsusilə külli miqdarda törədildikdə altı ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Sənəd səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub.