Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 12:12
"Twitter"in ən böyük səhmdarlarına çevrilən və tezliklə Direktorlar Şurasının tərkibinə daxil olacaq milyarder İlon Mask "Twitter"ə illərdir tələb olunan funksiyanı əlavə etməyi düşünür.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, belə ki, artıq "tvit"lərin redaktəsi mümkün ola bilər.
Bunula bağlı sahibkar sosial şəbəkədə sorğu keçirib.
"Düzəliş düyməsini istəyirsinizmi?" sorğusunda əksəriyyət "bəli" cavabını verib.
"Twitter"in hazırkı Baş direktoru Maskın "tviti"ni paylaşaraq, bu sorğunun nəticələrinin əhəmiyyətli olacağını bildirib.
Qeyd edək ki, "tvit"ə redaktə funksiyasını əlavə etmək illərdir məhək daşına çevrilib. Bəzi istifadəçilər belə bir opsiyanın uyğunlaşdırılması ideyasını dəstəklədi, bəziləri isə qarşı çıxıb. 2020-ci ildə "Twitter"in həmtəsisçisi və o zamankı icraçı direktoru Cek Dorsi bu sosial şəbəkədə ehtimal ki, heç bir zaman redaktə düyməsini əlavə etməyəcəyini demişdi.