Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda kişi arvadını güllələdi, sonra özünü öldürdü - YENİLƏNİB - VİDEO

Bakıda kişi arvadını güllələdi, sonra özünü öldürdü - YENİLƏNİB - VİDEO

Tarix: 6 Aprel 2022 14:20

14:19

Prokurorluq Bakıda kişinin arvadını qətlə yetirməsi, daha sonra özünü öldürməsi faktı barədə məlumat yayıb.

Sabunçu rayon prokurorluğundan Sonxeber.net-a verilən xəbərə görə, aprelin 6-sı Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

-----------
13:42

Bakıda qətl törədilib.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.

Orta yaşlı kişi küçədə qadını daha sonra da özünü güllələyərək öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.net-a bildirilib ki, Sabunçu rayon ərazində kişi özünə məxsus ov tüfəngi ilə öncə həyat yoldaşını gülləyərək öldürüb və daha sonra özünə güllə vuraraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub. Ov tüfəngi maddi sübut kimi götürülüb.

Araşdırma aparılır.


Etiketlər:  Bakıda kişi arvadını güllələdi sonra özünü öldürdü YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ