Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2022 23:12
Belçikanın paytaxtı Brüsseldə iki gün davam edəcək NATO xarici işlər nazirləri toplantısı başlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, iki gün davam edəcək görüşdə ilk növbədə Ukraynadakı son hadisələr müzakirə olunacaq.
İclasın açılışında ABŞ Dövlət katibi Entoni Blinken və NATO Baş katibi Yens Stoltenberq çıxış ediblər.
NATO-nun Baş katibi bildirib ki, toplantıya Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə yanaşı, Avstraliya, Finlandiya, Gürcüstan, Yaponiya, Cənubi Koreya, Yeni Zelandiya və İsveçin xarici işlər nazirləri də dəvət olunub.