Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2022 08:06
Qollardakı piylərin əriməsi üçün məşqlər.
Qolların piylənməsi bütün qadınlar üçün xoşagəlməz hal sayılır. Arıqladıqdan sonra isə həmin hissədəki dərinin sallanması isə qadınlar üçün əsl dəhşət sayılır.
Əgər sizin də arıqladıqdan sonra qollarınızı dərisi sallanırsa, o zaman aşağıdakı sadə hərəkətlərlə bunu aradan qaldıra bilərsiniz. Bunun üçün isə sizə 2 qantel və gün ərzində 15 dəqiqə vaxt lazımdır:
1. Qantelləri əlinizə alın və 1 dəqiqə müddətində qollarınızı çiyniniz hündürlüyünə qədər qaldırın və yanlarınıza saldırın.
2. Qantellərlə qollarınızı yuxarıya qaldırın və yana doğru saldıraraq 90* bucaq şəklində saldırın. Bu zaman qollarınızın yan tərəflərdə durmasına diqqət edin.
3. Ayaqlarınız nisbətən aralı qoyun və beldən yuxarı bədəninizi nisbətən qabağa doğru əyin. Qollarınızı yarı bükülü şəkildə qabağa və arxaya döğru 2 dəqiqə hərəkət etdirin.
4. Əllərinizi başınızı üstündə cütləşdirirn və qantelləri kürəyinizin ortasına qədər geriyə doğru saldırmağa çalışın və bu hərəkəti 1-2 dəqiqə təkrarlayın.
5. Dirsəklərinizi bədəninizə sıxlaşdırırn və qantelləri yan tərəflərdən yuxarı-aşağı hərəkət etdirin.
6. Dirsəklərinizi bədəninizə sıxlaşdırırn və qantelləri ön tərəfdən aşağı-yuxarı dopğru hərəkət etdirin.
7. Sağ qolunuzu bədəninizə sıxlaşdırıb saxlayın, sol əlinizi qantellı yuxarı-aşağı
doğru hərəkət elətdirin.
8. Sol qolunuzu bədəninizə sıxlaşdırırn və sağ əlinizi aşağı-yuxarı doğru hərəkət elətdirin.
9. Bədəninizi qarşıya doğru əyin və qollarınızı yanlara doğru açıb yığın.
10. Dik dayanın və qollarınızı qabağa doöru uzadın. Yavaş hərəkətlərlə qollarınızı yuxarıya-aşağıya doğru hərəkət etdirin.