Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada olimpiya medalçılarına avtomobil əvəzinə pul veriləcək

Rusiyada olimpiya medalçılarına avtomobil əvəzinə pul veriləcək

Tarix: 9 Aprel 2022 17:30

Pekin-2022 Qış Olimpiya Oyunlarının qalibi olmuş rusiyalı idmançılar hədiyyə olaraq avtomobil əvəzinə pul kompensasiyası alacaqlar.

Milli.Az report-a istinadən xəbər verir ki, hazırkı vəziyyətdə xarici istehsalçılar bu ölkənin olimpiyaçılarını lazımi sayda avtomobillə təmin edə bilmirlər.

Alınmayan maşınlara görə yeni pul kompensasiyasından əlavə, olimpiadanın qızıl medalçısı üçün 4 milyon rubl, gümüş mükafata 2,5 milyon rubl, bürünc medala isə 1,7 milyon rubl məbləğində nəğd pul veriləcək.

Qeyd edək ki, Rusiya Pekin-2022-də 6 qızıl, 12 gümüş və 14 bürünc medal əldə edib.

Milli.Az


Etiketlər:  Rusiyada olimpiya medalçılarına avtomobil əvəzinə pul veriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ