Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT: Ukraynanın qonşu ölkələrinə 4,5 milyondan çox qaçqın gəlib

BMT: Ukraynanın qonşu ölkələrinə 4,5 milyondan çox qaçqın gəlib

Tarix: 10 Aprel 2022 16:44

Rusiya hərbi xüsusi əməliyyatı başlayandan bəri Ukraynadan qonşu ölkələrə 4,5 milyondan çox qaçqın gəlib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı bu gün məlumat verib.

Məlumata görə, bu rəqəm bir gündə 62,000-dən çox artıb.

Təşkilatın saytında yerləşdirilən informasiyaya görə, fevralın 24-dən aprelin 9-dək Ukraynanı tərk edənlərin sayı 4 milyon 503 min 954 nəfərə çatıb. Gün ərzində 62 min 291 nəfər qonşu dövlətlərin sərhədlərini keçib.

Fevralın 24-dən aprelin 9-dək Polşaya 2 593 902, Rumıniyaya 686 232, Macarıstana 419 101, Moldovaya 410 882 qaçqın gəlib.


Etiketlər:  Ukraynanın qonşu ölkələrinə milyondan çox qaçqın gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ