Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"İki həftədir bizimlə maraqlanan yoxdur" - Mariupolu qoruyan "Azov"

Tarix: 10 Aprel 2022 21:03

"Burada döyüşürük, şəhərin tamamən rusiyalıların əlinə keçməsinə imkan vermirik. Lakin bizimlə maraqlanan yoxdur".

Milli.Az bildirir ki, Ukrayna Milli Qvardiyasının "Azov" alayının komandir müavini Svatoslav Palamar videomüraciətində belə deyib.
"Bir anlıq da olsa, düşündünüzmü ki, Mariupolun müdafiəçilərin olduğu şəraitdə qalmaq, vuruşmaq nə deməkdir?!

Bu odur ki, yeddi ildən bəri tanıdığın qardaşlığını beş dəqiqə əvvəl qara kisəyə qoyursan, sənə isə "İşlər necədir, dost?" SMS-i yazırlar.

Bu odur ki, dünən vzvod komandiri olmuş 22 yaşlı gənc batalyona ömrü boyu dövlətdən maaş almış polkovnikdən yaxşı komandanlıq edir.

Bu odur ki, "Azov"un bir taqımı Rusiyanın elitar xüsusi təyinatlılarının rotasına hücum edir.

Bu odur ki, zirzəmidəki qızlar sənə şorba bişirirlər, sən isə bir qaşıq ala bilmirsən, çünki bir neçə məhəllə o tərəfdə uşaq acından ölür, sən də heç nə edə bilmirsən.

Bu, siyasətçilərin "Onları dəstəkləyirik, daim əlaqədəyəik" demələri, amma iki həftədən bəri kimsənin bizimlə əlaqə saxlamaması, zənglərimizə cavab verməməsidir.

Ukrayna xalqına səbr, mətanət, mübarizə və qələbə arzulayıram", - S.Palamar deyib.

Milli.Az


Etiketlər:  İki həftədir bizimlə maraqlanan yoxdur Mariupolu qoruyan Azov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ